• 24 Yanvar 2022
logo
Merkel: “Əfqanıstan yenidən terror ocağına çevrilə bilər”

Merkel: “Əfqanıstan yenidən terror ocağına çevrilə bilər”

“NATO qüvvələri Əfqanıstanı tərk edəndən sonra bu ölkə terror ocağına çevrilə bilər, buna qarşı çıxmaq lazımdır”.
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Almaniya kansleri Angela Merkel bu gün Bundestaqda (Almaniya parlamenti) çıxışında deyib.
“Biz 2001-ci ildə qarşıya qoyulan hədəfə missiyamızın əvvəlində nail olduq. Həmin vaxtdan Əfqanıstandan beynəlxalq terror hücumları olmadı. Bu bizim ölkəmizin təhlükəsizliyə töhfəsi, əsgərlimizin xidməti idi. Lakin biz göz yuma bilmərik ki, müttəfiq qoşunlarının çəkilməsi ilə Əfqanıstan yenidən beynəlxalq terrorizmin ocağına çevrilə bilər. Buna qarşı çıxmaq lazımdır”, - deyə xanım kansler vurğulayıb.