Ermənistan parlamentində dava: Deputatlar bir-birlərinə şüşə atdı - VİDEO
Bu gün Ermənistan parlamentində yenidən dava düşüb, deputatlar bir-birlərinə su şüşələri atıblar. Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb. Davaya səbəb hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ayk Sarkisyanın çıxışı olub.
Deputat dolayısı ilə sabiq müdafiə naziri Seyran Ohanyanı vətən xaini adlandırıb. O deyib ki, ordudan azad edilən bütün müdafiə nazirləri vətən xainləridir.
Bundan sonra, keçmiş müdafiə naziri Seyran Ohanyanla mübahisə başlayır və
Sarkisyana bir şüşə su atılır. Ardınca müxalifət və "Vətəndaş müqavilə"sinin deputatları bir -birlərinə su şüşələri atmağa başlayıblar.
Xatırladaq ki, dünən də Ermənistan parlamentində deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava olmuşdu.