• 19 Yanvar 2022
logo
Ermənistan parlamentində insident baş verib, mühafizə qadın deputatı iclas zalından zorla çıxarıb

Ermənistan parlamentində insident baş verib, mühafizə qadın deputatı iclas zalından zorla çıxarıb

Ermənistan parlamentinin bugünkü iclasında insident yaşanıb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan yeni hökumətin beş illik proqramını təqdim edərkən müxalifətdə olan “Mənim şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan onu və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü olan deputatları təslimçi adlandırıb.
Parlamentin spikeri Alen Simonyan Baş naziri təhqir etdiyini əsas gətirərək, A. Mkrtçyandan iclas zalını tərk etməyi tələb edib. A. Mkrtçyan bu tələbə məhəl qoymadıqda spiker təhlükəsizlik qüvvələrinin əməkdaşlarını zala çağırıb.
Təhlükəsizik əməkdaşları A. Mkrtçyanı zorla iclas zalından çıxarmaq istəyərkən idə müxalifətçi deputatlarla onların arasında insident yaşanıb.
Müxalifətçi deputatların müqavimətinə baxmayaraq, A. Mkrtçyan iclas zalından çıxarılıb.