• 20 Yanvar 2022
logo
Gürcüstanda İŞİD-in 5 üzvü saxlanılıb

Gürcüstanda İŞİD-in 5 üzvü saxlanılıb

Gürcüstanda İŞİD terror təşkilatının 5 üzvü saxlanılıb.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Bildirilib ki, qurumun Antiterror Mərkəzinin əməkdaşlarının Pankisidə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD-in üzvü olan 5 Gürcüstan vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərin Suriyadakı terror düşərgəsinə səfər etməyi planlaşdırdıqları müəyyən edilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatlarına üzvlük maddəsi ilə cinayət işi başlanıb.