• 21 Yanvar 2022
logo
Zelenski Rusiyanı “Krım platforması”nda iştiraka dəvət edib

Zelenski Rusiyanı “Krım platforması”nda iştiraka dəvət edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı “Krım platforması” zirvəsində iştiraka dəvət edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısı “Krım platforması”nın təsis görüşündə bildirib.Qeyd edək ki, “Krım platforması” Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Bu gün “Krım platforması”nın zirvəsində ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunub.