• 24 Yanvar 2022
logo
“Taliban” Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb

“Taliban” Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb

“Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətində müqavimət qüvvələrini mühasirəyə alıb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid “Twitter”də bildirib.
O, danışıqlar yolu ilə sülhə nail olmağa cəhd etdiklərini vurğulayıb.
Qeyd edək ki, Pəncşir əyaləti taliblərə təslim olmayıb. Pəncşirdə müqavimət qüvvələrinə əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir.