• 27 Yanvar 2022
logo
Kabil aeroportunda atışma olub, ölən və yaralananlar var

Kabil aeroportunda atışma olub, ölən və yaralananlar var

Kabil aeroportunda Əfqanıstan təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında atışma olub.
APA-nın TASS-a istinadən xəbərinə görə, nəticədə Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir zabiti öldürülüb, daha 3 nəfər yaralanıb.
Bu barədə Almaniya Silahlı Qüvvələrindən bildirilib.
Almaniya və Amerika hərbçilərinin də atışmada iştirak etdiyi bildirilir.