• 25 Aprel 2024
logo
Çində neft zavodunda partlayış - Ölən, yaralanan və itənlər var

Çində neft zavodunda partlayış - Ölən, yaralanan və itənlər var

Çinin şimal-qərbindəki Şensi vilayətində neft zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 5 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir. 3 nəfərin isə itkin düşdüyü deyilir.

Bildirilir ki, partlayış "Yangcheng Oil Field" şirkətinin həyətində baş verib. Partlayış nəqliyyat vasitəsinə quraşdırılan test qurğusunda qeydə alınıb.