• 19 Yanvar 2022
logo
Ermənistanda koronavirusa yoluxma 236742-yə çatıb

Ermənistanda koronavirusa yoluxma 236742-yə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 508 yoluxma halı qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 236742-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4732 nəfərə çatıb.