Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 743 yoluxma halı qeydə alınıb, 59 nəfər ölüb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 506 040, xəstəlikdən ölənlərin sayı isə 6 649 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 440 370 nəfərin sağaldığı bildirilir.