• 19 Yanvar 2022
logo
Ermənistanda 3 hərbçi yoldaşını qətlə yetirən əsgər saxlanılıb

Ermənistanda 3 hərbçi yoldaşını qətlə yetirən əsgər saxlanılıb

Ermənistanda hərbi qulluqçu üç hərbçi yoldaşını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 01:30 radələrində hərbi hissələrdən birinin müdafiə bölməsinin döyüş postunda əsgər Gor Artakoviç Saakyan, Leon Rafaeloviç Arutyunyan və Murad Aşotoviç Muradyanın güllə yarası ilə öldürülmüş cəsədləri tapılıb. Faktla əlaqədar İstintaq Komitəsində cinayət işi başlanılıb.
Bu gün yerli vaxtla saat 17:40 radələrində onların hərbçi yoldaşı A.X saxlanılıb.