• 25 Yanvar 2022
logo
Putin Makronu Qarabağla bağlı üçtərəfli bəyanatların icrasının gedişatı barədə məlumatlandırıb

Putin Makronu Qarabağla bağlı üçtərəfli bəyanatların icrasının gedişatı barədə məlumatlandırıb

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.
Regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə iş üçün qarşılıqlı niyyət ifadə olunub.
Rusiya və Fransa prezidentləri Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsindən sonra yaranan vəziyyəti, İranın nüvə problemi ətrafındakı vəziyyəti, Ukraynanın cənub-şərqindəki problemi müzakirə ediblər.