• 25 Yanvar 2022
logo
Stoltenberq: "Türkiyə, ABŞ, Britaniya qüvvələri Kabil hava limanının təhülkəsizliyini təmin etmək üçün əsas rol oynayır"

Stoltenberq: "Türkiyə, ABŞ, Britaniya qüvvələri Kabil hava limanının təhülkəsizliyini təmin etmək üçün əsas rol oynayır"

"Əfqanıstanda vəziyyət olduqca ciddi və gözlənilməzdir".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
"Kabil təslim olub və ölkənin əksər hissəsi "Taliban"ın nəzarətinə keçib. Əfqanıstanda baş verənlər məni dərindən kədərləndirir. Hazırda NATO üzv və tərəfdaş ölkələrin personalının və bu illər ərzində bizimlə əməkdaşlıq edən əfqanların Əfqanıstanı təhlükəsiz şəkildə tərk etməsinə fokuslanıb", - deyə NATO baş katibi bildirib.
Onun sözlərinə görə, NATO Kabil beynəlxalq hava limanından uçuşların yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edib. "Təxminən NATO-nun 800-ə qədər mülki personalı təhlükəli şərtlər və mühitdə lazımi əməliyyatların aparılması üçün Əfqanıstandadır.
Mən həmçinin NATO müttəfiqlərinin hərbi personalına təşəkkür edirəm. Xüsusilə Türkiyə, ABŞ, Britaniya hava limanının təhülkəsizliyini təmin etmək üçün əsas rol oynayır", - Yens Stoltenberq vurğulayıb.
NATO baş katibi əlavə edib ki, blokun diplomatik nümayəndəliyi də Kabildədir və evakuasiya prosesinin sürətli və təhlükəsiz olması üçün əlindən gələni edir.
"Taliban" Əfqanıstanı tərk etmək istəyən şəxslərin ölkədən ayrılmasına hörmət etməli və prosesi asanlaşdırmalıdır. Hava limanları, sərhəd keçid məntəqələri, yollar açıq olmalıdır.
Əfqanıstanın bütün kişiləri, qadınları və uşaqları təhlükəsiz şəraitdə və ləyaqətlə yaşamağa layiqdir. Keçid prosesi sülh yolu ilə baş tutmalı heç bir qisas alınmamalıdır", - deyə NATO baş katibi əlavə edib.