• 24 Yanvar 2022
logo
Lavrov Əfqanıstandakı vəziyyəti çöküş adlandırıb

Lavrov Əfqanıstandakı vəziyyəti çöküş adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və NATO-nun Əfqanıstandan çıxmasından sonrakı vəziyyəti çöküş adlandırıb.
Kant adına Baltik Federal Universitetində çıxışında Rusiya XİN başçısı ölkəsinin və Avropa İttifaqının müxtəlif məsələlərlə bağlı birgə işləmə tələbatının olduğunu qeyd edib.
"Dünyadakı mövcud çoxsaylı regional böhranların və münaqişələrin həllinə kömək etmək üçün birgə işlərə ehtiyac var. Bu, Birləşmiş Ştatların tələsik çıxmasından sonra Əfqanıstanda vəziyyətin çöküş həddinə çatması fonunda özünü çox parlaq şəkildə biruzə verdi”, - deyə Lavrov Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən sonra vəziyyəti şərh edərkən bildirib.