• 10 İyul 2025
logo
Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəsi humanitar dəhlizin yaradılmasını təklif edib

Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəsi humanitar dəhlizin yaradılmasını təklif edib

Əfqanıstanın BMT-dəki Daimi Nümayəndəsi Qulam İsakzai insanların ölkədən çıxarılması üçün humanitar dəhlizin yaradılmasını təklif edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Qulam İsakzai BMT Təhlükəsizlik Şurasının Əfqanıstandakı vəziyyətlə bağlı keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.
"Təhlükəsizlik Şurası və BMT Baş Katibi zorakılığa dərhal son qoyulması, insan haqlarının qorunması, hədəfli cinayətləri və qisas hərəkətlərinin dayandırılması “Taliban”ın söz verdiyi əfv aktına tam riayət etməsi üçün əllərindən gələni etməlidir", - Qulam İsakzai bildirib.