• 25 Yanvar 2022
logo
Putinin xüsusi nümayəndəsi: “Rusiya Taliban rejimini tanımağa tələsməyəcək”

Putinin xüsusi nümayəndəsi: “Rusiya Taliban rejimini tanımağa tələsməyəcək”

Rusiya Əfqanıstanda Taliban rejimini tanımağa tələsməyəcək.
Bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.
“Taliban rejimini tanımaq üçün biz heç yerə tələsmirik. Rejimin özünü necə aparacağına baxacağıq”, - deyə rusiyalı diplomat vurğulayıb.
Z. Kabulov Moskva ilə Əfqanıstanın yeni rəhbərliyi arasında dostluq münasibətlərinin qurulmasına ümid etdiyini də söyləyib: “Mən təkcə ümid etmirəm, buna əminəm. Necə deyərlər, son illərdə yığılan materiallara əsaslanaraq münasibətləri yaxşılaşdıracağıq”.
V. Putinin xüsusi nümayəndəsi bu gün Rusiya səfirinin Kabildə Taliban nümayəndələri ilə görüş keçirəcəyini də bildirib.