• 21 Yanvar 2022
logo
KİV: Taliban Kabildəki prezident sarayına girib

KİV: Taliban Kabildəki prezident sarayına girib - YENİLƏNİB

Taliban radikal hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına girib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı Əfqanıstan mətbuatına istinadən xəbər verir.
Eyni zamanda hərəkatının sözçüsü Zabiullah Mücahid "Tolo News" telekanalının efirində bildirib ki, Taliban Kabilə daxil olmaq üçün müraciət alıb, şəhərdəki təhlükəsizlik vəziyyətini nəzarət altında saxlayacaqlar.
***
19:38

Taliban sülh yolu ilə Kabilə girib.
Bu barədə CNN telekanalı məlumat yayıb.