• 24 Yanvar 2022
logo
Taliban bizə təminat verdi, toxunmayacaqlar

Taliban bizə təminat verdi, toxunmayacaqlar - Rusiya

Moskva Kabildəki səfirliyini təxliyə etməyə hazırlaşmır, diplomatik missiya sakit rejimdə fəaliyyət göstərir.
Bunu Rusiya prezidentinin Əfqanıstan məsələləri üzrə müşaviri Zamir Kabulov deyib.
Onun sözlərinə görə, taliblər təkcə Rusiya səfirliyinə deyil, digər ölkələrin də diplomatik nümayəndəliklərinə toxunulmazlıq təminatı veriblər:
“Biz bu təminatı çoxdan almışıq. Təkcə söhbət Rusiyadan getmir. Onlar hər kəsə təminat veriblər”.