• 21 Yanvar 2022
logo
KİV: Əfqanıstan prezidenti yaxın bir neçə saat ərzində istefa verəcək

KİV: Əfqanıstan prezidenti yaxın bir neçə saat ərzində istefa verəcək

Əfqanıstan Prezidenti Əşrəf Qani yaxın bir neçə saat ərzində istefa verəcək.
Bu barədə “Al Arabiya telekanalı” məlumat yayıb.
Bildirilir ki, prezidentin bir neçə saat ərzində istefa verəcəyi və müvəqqəti hökumətin qurulacağı barədə məlumatlar var.
Telekanalın məlumatına görə, hakimiyyətin indiki Əfqanıstan hakimiyyətindən keçid administrasiyasına keçməsi bu gün ölkənin paytaxtındakı prezident sarayında baş tutacaq.
Bir müddət əvvəl isə Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Abdul Sattar Mirzakval “Tolo News” telekanalının efirində "Kabilə hücum edilməyəcək, hakimiyyətin ötürülməsi sülh yolu ilə baş tutacaq" deyib.