• 1 İyul 2025
logo
Çində güclü dalğa bir qrup yerli sakini dənizə töküb

Çində güclü dalğa bir qrup yerli sakini dənizə töküb

Çinin şərq sahillərində güclü dalğa bir qrup yerli sakini dənizə töküb. Bədbəxt hadisə nəticəsində 10 nəfər ölüb, bir nəfər itkin düşüb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə Çjançjou şəhəri (Futszyan əyaləti) ərazisində baş verib. Qurbanların hamısı sahildə istirahət edən insanlar olub.
Polisin məlumatına görə, güclü dalğa 17 nəfəri dənizə tpküb, onlardan 6-sı xilas edilib. Xilasedicilər itkin düşmüş şəxsin axtarışlarını davam etdirir. Hadisənin təfərrüatları dəqiqləşdirilir, araşdırma aparılır.