Gürcüstanın cənubunda ildırım vurması nəticəsində 530 baş qoyun tələf olub.
RBK-ın verdiyi məlumata görə, sürü sahibi qeyd edib ki, fermerlər tələf olmuş heyvanların cəsədlərini dağdan endirə bilməyib və onları yerində yandırıblar. Zərərin 60,5 min ABŞ dolları olduğu təxmin edilir.