• 22 Yanvar 2022
logo
Əfqanıstanın Paktika vilayətinin inzibati mərkəzi "Taliban"ın nəzarətinə keçib

Əfqanıstanın Paktika vilayətinin inzibati mərkəzi "Taliban"ın nəzarətinə keçib

Əfqanıstanın şərqində yerləşən Paktika vilayətinin inzibati mərkəzi "Taliban"ın nəzarətinə keçib.
Bu barədə "Taliban"ın sözçüsü Zabihullah Mucahid "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, "Taliban" Pakitka vilayətinin mərkəzi olan Şaran şəhərinə girib. "Düşmənin bütün müdafiə sistemləri ələ keçirilib, şəhərin inzibati və hökumət binaları mühasirəyə alınıb.
"Taliban" hökumət qüvvələrini silahlarını yerə qoymağa çağırı. İndi bu, həyatlarını xilas etmək üçün onlara ən yaxşı fürsətdir", - "Taliban" qruplaşmasının sözçüsü bildirib.
Qeyd edək ki, Şarana paytaxt Kabildən 200 km məsafədə yerləşir.