• 19 Yanvar 2022
logo
Merkel Rusiyaya səfər edəcək

Merkel Rusiyaya səfər edəcək

Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
"France 24"-ün verdiyi xəbərə görə, bu barədə Almaniya Kanslerinin mətbuat katibi Steffen Seibert deyib.
Onun sözlərinə görə, Angela Merkel avqustun 20-də Moskvaya səfər edəcək. Səfərin gündəliyi hələ məlum deyil.
"Aydındır ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək", - deyə Almaniya Kanslerinin sözçüsü əlavə edib.
S.Seibert onu da bildirib ki, Angela Merkel avqustun 22-də isə Kiyevə gedəcək.