• 19 Yanvar 2022
logo
Almaniyada rekord inflyasiya

Almaniyada rekord inflyasiya

Almaniyanın Federal Statistika İdarəsi (Destatis), ölkədə qiymət artımları ilə bağlı iyul ayı üçün son məlumatları açıqlayıb.
Xalqcəbhəsi.az “Belçika Gündəmi”nə istinadən xəbər verir ki, iyun ayında 2,3 faz olan illik inflyasiya iyul ayında 3,8 faziə yüksələrək son 28 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkədə inflyasiya sonuncu dəfə 1993 -cü ilin dekabrında 4,3 faizə çatıb.
Ölkədə İstehlakçı Qiymətləri İndeksi (TÜFE) iyul ayında aylıq olaraq 0,9 faiz artım qeydə alıb.
İqlim vergisinin təsiri ilə əlaqədar olaraq iyul ayında enerji məhsullarının qiymətləri illik 11,6 faiz artıb. Motor yanacağının qiymətlərində illik 24 faiz artım var. Elektrik enerjisinin qiymətləri isə 1,6 fazi artıb.
Ölkədə ərzaq məhsullarının qiymət artımının hər il 4,3 faiz, enerji və ərzaq qiymətləri istisna edildikdə illik inflyasiyanın 2,7 faiz olması diqqət çəkir.
Destatisin açıqlamasında, yeni növ koronavirus (Covid-19) pandemiyası səbəbindən keçən ilin ikinci yarısında tətbiq edilən ƏDV endiriminin qiymətləri aşağı saldığı xatırladılıb və baza effektinin iyul ayında göründüyü qeyd edilib. qeyd edilən endirim yanvar ayında sona çatıb.
Almaniyada hökumət, Covid-19 epidemiyası səbəbi ilə alınan tədbirlərə görə iqtisadiyyatın zəifləməsinin qarşısını almaq üçün ƏDV-ni azaltmışdı.
Buna uyğun olaraq, iyulun 1-dən dekabrın 31-dək olan 6 aylıq dövrdə yüzdə 19 olan ƏDV dərəcəsi yüzdə 16-ya, bəzi əsas istehlak malları üçün ƏDV faizi 7 faizdən 5 faizə endirilib.
Digər tərəfdən, ölkənin ən böyük birliklərindən olan Birləşmiş Xidmət Birliyi (Ver.di) ölkədə inflyasiyanın kəskin artması fonunda əmək haqqının artırılmasını tələb edir. “Ver.di” vitse -prezidenti Andrea Kocsis Alman mətbuatına verdiyi açıqlamada "Xüsusilə qiymət artımı səbəbiylə işçilərimiz üçün əhəmiyyətli maaş artımlarına ehtiyacımız var", - deyə bildirib.

Əli