• 1 İyul 2025
logo
BAM-ın rekonstruksiyasına başlanılıb

BAM-ın rekonstruksiyasına başlanılıb

Baykal-Amur Magistralının (BAM) şərq qolunun yenidən qurulmasına start verilib.
TASS-ın verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün rekonstruksiya işlərinin təməlini qoyub.
S. Şoyqu bildirib ki, rekonstruksiya işlərinin 2024-cü ilin sonunda başa çatması nəzərdə tutulur.
“Baykal-Amur Magistralının şərq qolunun yenidən qurulması Şərqi Sibirin nəqliyyat imkanlarını genişləndirəcək, magistralın buraxıcılıq qabiliyyətini və tranzit daşımaların həcmini artıracaq”, - deyə müdafiə naziri vurğulayıb.
O, BAM-ın sözügedən hissəsinin ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
BAM Şərqi Sibir və Uzaq Şərqdə dəmir yoludur. Bu xətt Transsibir magistralı ilə yanaşı Rusiyanın Sakit okeana çıxışını təmin edir.
SSRİ zamanında tikintisi həyata keçirilən BAM həmin vaxt “Əsrin tikintisi” adlandırılıb.
Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə nəqliyyat sahəsinə, o cümlədən BAM-ın tikintisinə rəhbərlik edib, bu nəhəng layihənin gerçəkləşdirilməsində mühüm rol oynayıb.
BAM-ın tikintisində Azərbaycandan da xeyli insan iştirak edib.