• 18 Noyabr 2019
logo
add image
Kaliforniyada təxliyə var - Meşələr yanır

Kaliforniyada təxliyə var - Meşələr yanır

Kaliforniyada meşə yanğınları səbəbiylə 40-50 min sakin təxliyə ediləcək.
Tick ("Gənə") adı verilən yanğın, artıq Los Anceles dairəsində beş min akr (iki min hektardan çox) ərazini əhatə edib.
Santa Clarita şəhərinin rəsmisi Robert Lyuisin sözlərinə görə, 40-50 min sakinin təxliyəsi əmri verilib.
Hazırda yanğınla mübarizədə 500-ə yaxın yanğınsöndürən, dörd helikopter və dörd yanğınsöndürən təyyarə iştirak edir.