• 20 Yanvar 2022
logo
Braziliyada son bir gündə 32,4 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 32,4 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son sutka ərzində daha 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması, 975 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 245 085 nəfər yoluxub. Bu müddət ərzində 565 748 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 19 092 832 xəstə müalicə olunaraq sağalıb.