• 19 Yanvar 2022
logo
İranda son sutkada koronavirusdan 536 nəfər ölüb

İranda son sutkada koronavirusdan 536 nəfər ölüb

İranda ötən sutka ərzində 536 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 95 647 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 42 541 nəfər koronavirusa yoluxub.
Ölkədə bu virusa yoluxanların sayı 4 281 217 nəfərə çatıb.