• 27 Yanvar 2022
logo
İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib

İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib

İranın yeni prezidenti Seyid İbrahim Rəisi öz kabinetini formalaşdırır.
Seyid İbrahim Rəisi kabinet üzvlərinin siyahısını bu gün məclisə təqdim edib.
Məlumata görə, siyahıda Həmidrza Səccadi idman naziri, Əhməd Vəhidi daxili işlər naziri, Seyid İsmail Xətib təhlükəsizlik naziri, Əli Əkbər Mehrabian energetika naziri, Əmir Əbdullahian xarici işlər naziri, Seyid Ehsan Xanduzi iqtisadiyyat naziri, Hüseyn Bağqoli təhsil naziri, İzzətullah Zərğami əl işləri və mədəni irsin qorunması naziri, Höccət Əbdülməliki əmək naziri, Məhəmməd Əli Zülfügül elm naziri, Əmir Aştiyani müdafiə naziri, Seydi Cavad Sadatinejad kənd təsərrüfatı naziri, Bəhram Eynullahi səhiyyə naziri, Məhəmməd Mehdi İsmaili islami irşad və mədəniyyət naziri, Seyid Rza Fatimi Əmin səmt nazirliyi, Cavad Oci neft naziri, Əmin Hüseyn Rəhimi ədliyyə naziri, İsa Zarepur rabitə və informasiya texnologiyaları naziri vəzifələrinə təqdim olunublar.
Qeyd edək ki, İran parlamenti şənbə günü keçiriləcək iclasında təqdim olunan siyahını araşdırmaq üçün qəbul edəcək.