• 19 Yanvar 2022
logo
Litva XİN Çinin öz səfirini geri çağırması qərarına münasibət bildirib

Litva XİN Çinin öz səfirini geri çağırması qərarına münasibət bildirib

Litva Xarici İşlər Nazirliyi Çinin öz səfirini geri çağırması qərarına münasibət bildirib.
Bu barədə Litva XİN-in rəsmi saytında məlumat verilib.
Xarici İşlər Nazirliyi Çinin öz səfirini geri çağırması qərarından təəssüfləndiyini ifadə edib və eyni zamanda, Litvanın Tayvanla qarşılıqlı faydalı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Litva XİN bildirib ki, vahid Çin prinsipinə sadiq olmaqla yanaşı, Avropa İttifaqının digər ölkləri kimi Tayvanla qarşılıqlı faydalı əlaqələr qurmaqda maraqlıdır.
Xatırladaq ki, Litva hökumətinin Tayvanın təmsilçilik ofisinin Vilnüsdə açılmasına icazə verməsi qərarına etiraz olaraq Çin XİN öz səfirini geri çağırıb.