• 12 İyul 2025
logo
Rusiyanın Vladiqafqaz şəhər xəstəxanasında ölənlərin sayı 11-ə çatıb

Rusiyanın Vladiqafqaz şəhər xəstəxanasında ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB

Rusiyanın Vladiqafqaz şəhərində oksigen sistemində nasazlıq olan Klinik Təcili Yardım Xəstəxanasında ölənlərin sayı 11-ə çatıb.
"RİA-Novosti"nin verdiyi xəbərə görə, bu barədə Şimali Osetiyanın səhiyyə naziri vəzifəsini icra edən Soslan Tebiev deyib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, 9 nəfər qəza anında ölüb, digər iki nəfər isə gün ərzində vəfat edib.
"Həkimlər onlardan birinin ölümüyü qəza ilə əlaqələndirmirlər, ölüm tromboembolizmdən baş verib. Daha bir hal üzrə əlavə tibbi müayinə aparılacaq", - deyə Səhiyyə Nazirliyi bildirib.
***
9 avqust, saat 22:37

Rusiyanın Vladiqafqaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında oksigen sistemində yaranmış nasazlıq səbəbidən 9 nəfər ölüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə bölgə rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, xəstəxananın reanimasiya şöbəsində ümumilikdə 71 xəstə olub.
“Oksigen stansiyasında qəza olub, oksigen tədarükündə fasilələr yaranıb. Faktiki olaraq yeraltı olan ehtiyatdan qidalanan oksigen borusu qırılıb və oksigen təminatı dayanıb”, - Şimali Osetiya-Alaniya Respublikası rəhbərinin vəzifəsini müvəqqəti icra edən Sergey Menyaylo belə deyib.
O qeyd edib ki, sabahdan etibarən respublikanın bütün xəstəxanalarında oksigen ehtiyatı təmin ediləcək. Xəstəxanada oksigen sistemindəki nasazlıq yerli vaxtla saat 18:00 radələrində müəyyən edilib. Qaz ehtiyat silindrlərdən verilməyə başlanılıb.
Şimali Osetiya Səhiyyə Nazirliyindən bildirilib ki, ölən xəstələrin vəziyyəti ağır olub.