• 6 İyul 2025
logo
Hindistanda bu ilin martından bəri koronavirusa ilk dəfə ən az yoluxma qeydə alınıb

Hindistanda bu ilin martından bəri koronavirusa ilk dəfə ən az yoluxma qeydə alınıb

Hindistanda bu ilin martından bəri ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına ən az yoluxma qeydə alınıb.
"Guardian"ın verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, son sutka ərzində ölkədə koronavirus infeksiyasına 28 204 yoluxma qeydə alınıb ki, bu da martın 16-dan bəri ən aşağı rəqəmdir. Ümumilikdə Hindistanda indiyə qədər 32 milyon insan COVID-19-a yoluxub.
Son 24 saat ərzində 373 nəfər ölüb, bununla da Hindistanda indiyə qədər yeni növ koronavirusdan ölənlərin sayı 428 682 nəfərə çatıb.