• 19 Yanvar 2022
logo
Ermənistanın müdafiə naziri Rusiyaya səfər edib

Ermənistanın müdafiə naziri Rusiyaya səfər edib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Rusiyaya səfər edib.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Arşak Karapetyan Sergey Şoyqu ilə görüşəcək. Onun həmçinin digər hərbi rəsmilərlə görüşü də planlaşdırılır.
Xatırladaq ki, avqustun 9-da KTMT-nin baş katibi Stansilav Zasın İrəvana səfəri çərçivəsində Ermənistan müdafiə naziri ilə də görüşü olub.