• 19 Yanvar 2022
logo
Qaribaşvili: “Gürcüstan üçün əsas istiqamətlərdən biri regionda sülh və sabitliyin təşəbbüskarlarından olmaqdır”

Qaribaşvili: “Gürcüstan üçün əsas istiqamətlərdən biri regionda sülh və sabitliyin təşəbbüskarlarından olmaqdır”

Gürcüstan üçün əsas istiqamətlərindən biri regionda sülh və sabitliyin, inkişaf üçün daha möhkəm bünövrənin təşəbbüskarlarından biri olmaqdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 10 illik inkişaf planının təqdimatı zamanı deyib.
O bildirib ki, Gürcüstanın Türkiyə, Azərbaycan və Ermənistanla çox yaxşı qonşuluq münasibətləri var.
İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanın uğurlu siyasəti və vasitəçiliyinin nəticəsi olaraq bir müddət öncə Azərbaycan və Ermənistan arasında saxlanılan ermənilərin və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair razılaşma əldə edilib və bu hadisə hər üç qonşu dövlətin birgə fəaliyyəti üçün çox yaxşı presedentdir.
Baş nazir ölkəsinin irəli sürdüyü dialoq platforması təşəbbüsünün daha da inkişaf etdirilməli olduğunu və Gürcüstan hökumətinin bu istiqamətdə aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb.