• 25 Yanvar 2022
logo
Qaribaşvili: “Türkiyə ilə dostluq və əməkdaşlığa böyük diqqət ayırırıq”

Qaribaşvili: “Türkiyə ilə dostluq və əməkdaşlığa böyük diqqət ayırırıq”

“Türkiyə ilə strateji tərəfdaşlığımız var. Biz Türkiyə ilə dostluq və əməkdaşlığa böyük diqqət ayırırıq”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 10 illik inkişaf planının təqdimatı zamanı deyib. Bildirib ki, əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə iki ölkə arasında yüksək səviyyəli strateji dialoq intensivləşdiriləcək.
Baş nazir qeyd edib ki, bu ilin sonunda iki ölkə arasında ali səviyyəli strateji şuranın iclası keçiriləcək.