Rusiyanın Nazirlər Kabineti hidrogen enerjisinin inkişafı konsepsiyasını təsdiqləyib.
Rusiya mətbuatının verdiyi məlumata görə, konsepsiya üç mərhələ ilə həyata keçiriləcək.
Məlumata görə, birinci mərhələ növbəti 3,5 ili əhatə edir və xüsusi klasterin yaradılmasını və pilot layihələrin həyata keçirilməsini nəzərdə tutur. İkinci (2025-ci ilədək) və üçüncü (2050-ci ilədək) mərhələlərdə isə ixraca yönələn iri hidrogen istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur.