• 19 Yanvar 2022
logo
KTMT-nin Baş katibi Ermənistana səfər edib

KTMT-nin Baş katibi Ermənistana səfər edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib.
"Sputnika Armenia"nın verdiyi xəbərə görə, KTMT-nin Baş katibi avqustun 9-10-da İrəvanda səfərdə olacaq.
İki günlük səfər çərçivəsində S. Zas Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşəcək.