• 4 İyul 2025
logo
Əfqanıstan hökumətinin media departamentinin rəhbərini "Taliban" öldürüb

Əfqanıstan hökumətinin media departamentinin rəhbərini "Taliban" öldürüb - YENİLƏNİB

"Taliban"ın sözçüsü Zabihullah Mucahid Əfqanıstan hökumətinin media departamentinin rəhbəri Dava Xan Menapal qruplaşmanın silahlıları tərəfindən öldürüldüyünü deyib.
APA-nın AP-ə istinadən veridiyi xəbərə görə, ZMucahid bu barədə açıqlama yayıb.
“O etdiklərinə görə cəzalandırılıb", - deyən Z.Mucahid əlavə detallar verməyib.
Qeyd edək ki, Əfqanıstan jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.
***
14:26
Əfqanıstan hökumətinin media və informasiya departamentinin rəhbəri Dava Xan Menapal öldürülüb.
APA-nın "TOLO News"-a istinadən verdiyi xəbərə görə, dövlət rəsmisi bu gün paytaxt Kabilin qərbində Darul Aman yolunda naməlum şəxslərin hücumu nəticəsində həyatını itirib.
D.X. Menapal media və informasiya departamentinin rəhbəri postundan əvvəl 2016-2020-ci illərdə Əfqanıstan Prezidentinin mətbuat katibinin müavini vəzifəsində çalışıb.