• 6 İyul 2025
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 163 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 163 mini ötüb

Rusiyada son sutka ərzində daha 22 660 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların sayı 6 402 564 nəfərə çatıb.
Son sutka ərzində 792 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə virusdan ölənlərin sayı 163 301 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.