• 1 İyul 2025
logo
Braziliyada son bir gündə 40 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 40 min nəfərdə COVID-19 aşkarlanıb

Braziliyada son sutka ərzində daha 40 054 nəfərin koronavirus infeksiyasına yoluxması, 1099 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 066 587 nəfər yoluxub. Bu müddət ərzində 560 706 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 18 840 232 xəstə müalicə olunaraq sağalıb.