• 27 Yanvar 2022
logo
Əfqanıstan MN: Son sutkada "Taliban"ın 406 yaraqlısı məhv edilib

Əfqanıstan MN: Son sutkada "Taliban"ın 406 yaraqlısı məhv edilib

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 406 yaraqlısını məhv edib.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Zabul, Ləğman, Qəzni, Paktia, Xost, Nəngərhar, Herat, Qəndahar, Cövzcan, Səməngan, Fəryab, Sar-e Pol, Hilmənd, Bəlx, Təxar, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 406 "Taliban" yaraqlısı öldürülüb, 209-u isə yaralanıb.