• 5 İyul 2022
logo
Səudiyyədə qadınlarla bağlı bu qadağa da götürüldü

Səudiyyədə qadınlarla bağlı bu qadağa da götürüldü

Səudiyyə Ərəbistanında qadınların polis və orduya cəlb edilməsinin ardınca onlar üçün yeni iş yeri açılıb.
“Saudia” aviaşirkəti də qadınları işə götürməsi barədə xəbər dərc edib.
Belə ki, Ciddə və Ər-Riyadda yerli stüardessaların uçuşlara qatılması təmin edilib. Onların işə qəbulu zamanı irəli sürülən şərtlər 20-30 yaş arası olması və ingilis dilində səlis danışması olub. “Saudia” aviaşirkəti pilotların da tamamilə yerli kadrlardan olacağını bildirib. Onların arasında ötən il təyyarə sükanı arxasına keçmiş ilk qadın pilot Yasmin Əl Məymani də var.
Aşağıbüdcəli Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkəti də qadın stüardessaların işə qəbuluna start verib.