• 2 İyul 2022
logo
Si Cinpin: "Çin bu il dünyaya 2 milyard doza COVID-19 peyvəndi verəcək"

Si Cinpin: "Çin bu il dünyaya 2 milyard doza COVID-19 peyvəndi verəcək"

Çin bu il dünyaya 2 milyard doza COVID-19 peyvəndi verəcək.
"France 24" kanalının verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin peyvənd əməkdaşlığı mövzusunda keçirilən videoforuma ünvanladığı müraciətdə bildirib.
ÇXR Sədri COVAX peyvənd paylanılması mexanizminə də ölkəsinin 100 milyon dollar ianə edəcəyini bildirib.
Vəsait inkişaf etməkdə olan ölkələrə pandemiyanın yaratdığı sosial və iqtisadi problemlərdən xilas olmağa kömək məqsədi daşıyır.