Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.
"Sputnik Armenia"ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.