Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 670 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 436 573, ölənlərin sayı isə 5 986 nəfərə çatıb. Virusa yoluxanlardan 393 453 nəfərin sağaldığı bildirilir.