• 21 Yanvar 2022
logo
Əfqanıstan MN: Son sutkada "Taliban"ın 274 yaraqlısı məhv edilib

Əfqanıstan MN: Son sutkada "Taliban"ın 274 yaraqlısı məhv edilib

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 274 yaraqlısını məhv edib.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Fərah, Nəngərhar, Lövgər, Herat, Qəndahar, Fəryab, Bəlx, Cövzcan, Səməngan, Sar-e Pol Hilmənd, Təxar, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 274 "Taliban" yaraqlısı öldürülüb, 119 yaraqlı yaralanıb.