• 1 İyul 2025
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 432 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 432 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 233 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 432 903, ölənlərin sayı isə 5 948 nəfərə çatıb. Virusa yoluxanlardan 390 827 nəfərin sağaldığı bildirilir.