• 5 İyul 2022
logo
İsraildə də meşə yanğınları başladı

İsraildə də meşə yanğınları başladı

İsrailin mərkəzi hissəsində meşə yanğınları başlayıb.
Bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
Birinci yanğın Şoreş yaşayış məntəqəsinin yaxınlığındakı meşədə baş verib. Yanğın hələ də söndürülməyib və bütün meşə massivi boyu yayılmağa davam edir. Ətraf ərazilərdə yaşayan sakinlər təxliyə olunub. Yanğın yerinə 20 yanğınsöndürmə komandası və 9 təyyarə göndərilib.
İkinci yanğın isə Naxşonim yaşayış məntəqəsi yaxınlığındakı meşədə baş verib. Həmin əraziyə 4 yanğınsöndürmə komandası göndərilsə də, onlar yanğının qarşısını ala bilməyiblər. Hökumət Təl-Əviv-Qüds yolunu bağlayıb.