• 5 İyul 2022
logo
Əfqanıstanda son bir sutkada 40 nəfər öldürüldü

Əfqanıstanda son bir sutkada 40 nəfər öldürüldü - BMT

Son 24 saat ərzində Helmand əyalətində baş verən qarşıdurmalarda 40 mülki şəxs öldürülüb.
Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) məlumat yayıb.
Məlumata görə, 118 mülki şəxs yaralanıb. Qarşıdurmalar səbəbindən minlərlə insan evlərindən didərgin düşüb.
Qeyd edək ki, artıq bir həftədir ki, Əfqanıstanın cənubundakı Qəndəhar, Helmand və Qərbi Herat vilayətlərində Talibanla təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.