• 5 İyul 2022
logo
Ermənistanda yeni nazirlər təyin olunub

Ermənistanda yeni nazirlər təyin olunub

Ermənistanda yeni formalaşan hökumətdə nazir postlarına təyinatlar olub.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, Prezident Armen Sarkisyanın fərmanına əsasən 6 nazir və bir nazir müavini təyin olunub.
Prezidentin fərmanı ilə Mher Qriqoryan yenidən baş nazirin müavini postuna təyin olunub, Vahan Kerobyan iqtisadiyyat naziri, Vahram Dumanyan təhsil, mədəniyyət, elm və idman naziri, Andranik Piloyan fövqəladə hallar naziri və Anahit Avanesyan səhiyyə naziri postlarında qalıblar.
Keçmiş Ombudsman Karen Andreasyan ədliyyə naziri, keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin olunublar.